Şuşa Türkiyənin bu şəhəri ilə qardaşlaşdı

  • By admin
  • 14 Oktyabr 2022 22:35

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Türkiyənin ən qədim şəhərlərindən birisi olan Kayseri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanmışdır.

Gununsesi.info xəbər verir ki, Azərbaycanın Türkiyədəki  səfiri Rəşad Məmmədov Kayseri şəhərinə səfər etmiş və imza mərasimində iştirak etmişdir.
Kayseri Böyükşəhər Bələdiyyəsində təşkil edilən və Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasovun başçılığı ilə Şuşa şəhərindən gəlmiş heyətin iştirak etdiyi imza mərasimində səfir Rəşad Məmmədov çıxış edərək bu günün tarixi bir gün olduğunu vurğulamış, Şuşanın Kayseri ilə əlaqələrinin qurulmasının xüsusi önəmini vurğulamışdır.
Səfir Rəşad Məmmədov Kayseriyə səfəri çərçivəsində şəhər valisi Gökmən Çiçək və Böyük şəhər Bələdiyyəsinin sədri Məmduh Böyükkılıç ilə də görüşmüş və iki qardaş ölkənin bölgələri arasında birbaşa əlaqələrin qurulması üçün mövcud imkanlara dair fikir mübadiləsi aparmışdır.
Vali Gökmən Çiçəklə keçirilmiş görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Kayseri Erciyes Universitetinin məzunu Murad Məmmədovun adının Kayseridə əbədiləşdirilməsi barədə müzakirələr də aparılmış və şəhidin adının Kayseridə məktəbə verilməsi barədə razılıq əldə olunmuşdur.

HTML tutorial

Gununsesi.info