Şuşada 3 erməni hərbçisinin meyiti tapıldı

  • By admin
  • 28 Sentyabr 2021 22:32

Azərbaycan işğaldan azad edilən ərazilərdən tapılan daha 3 erməni hərbçinin cəsədini Ermənistana təhvil verib.

Gununsesi.info xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Cəsədlərin Şuşa ərazisindən tapıldığı qeyd olunur. Onların kimliklərini müəyyən etmək üçün ekspertiza təyin olunacaq.

Bununla da 14 noyabr 2020-ci ildən bəri axtarışlar nəticəsində tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1672-yə çatıb.