Şuşada 30 il sonra daha bir İLK

  • By admin
  • 11 Oktyabr 2022 21:23

Şuşada 30 ildən sonra ilk dəfə səyyar ədliyyə xidmətləri təşkil olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tviterdə məlumat yayıb.

Belə ki, iki gün ərzində Şuşada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən səyyar ədliyyə xidmətləri təşkil olunub. 30 ildən sonra ilk dəfə Şuşada çalışan vətəndaş Qəmbərov Ağahüseyn Nemət oğluna ilk notariat hərəkəti həyata keçirilib.

Gununsesi.info