Şuşada “ASAN xidmət” fəaliyyətə başlayacaq

Bu il Şuşa şəhərində “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq.

 

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, gələcək illərdə də Ağdam, Cəbrayıl və Laçın şəhərlərində də regional “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərəcək.

 

 

Gununsesi.info