Şuşada beynəlxalq konfrans keçiriləcək

  • By admin
  • 28 Aprel 2022 09:05

Şuşada beynəlxalq konfrans keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri – Prezidentin köməkçisi Hikmət Hacıyev özünün Twitter hesabında yazıb.

“Ağdamın adını daşıyan təyyarə ilə “Shusha Majlis Discussion” formatında beynəlxalq beyin mərkəzləri ilə “Cənubi Qafqazın inkişafı və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransı keçirmək məqsədilə Şuşaya səfər etmək üçün bu yaxınlarda tikilmiş Füzuli hava limanına uçuruq. Şuşa həm də regionun diplomatik paytaxtı olur”, – Hikmət Hacıyev Twitter hesabında qeyd edib.

Gununsesi.info