Şuşada Mamayı bulağının üzərində işğaldan sonra həkk olunan erməni yazıları silinib – FOTO/VİDEO

  • By admin
  • 18 Aprel 2021 17:43

Bu yaxınlarda Şuşada Mamayı bulağının üzərində işğaldan sonra həkk olunan erməni yazıları silinib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumatda ermənilərin “ulu bulağımızın qədim yazısını sildilər”, -deyə hay-küy qopardıqları da qeyd olunur. Halbuki, əslində o yazıların yerində işğaldan əvvəl bulağı çəkdirən Səməd ağa Cavanşirin adı olub.

Ermənilərin 1992-ci ilin mayında Şuşanı işğal etdikdən sonra çəkdikləri videoda bulağın üzərində yazılar yazan erməni keşişini görmək mümkündür. Həmçinin, videoda ərəb əlifbasıyla yazılan kitabənin də yerində olduğu görünür.

//baku.tv/az/maraqli/36787/#t=0

Gununsesi.info