Şuşada Media Forumu keçiriləcək

22 iyul Milli Mətbuat Günü ilə əlaqədar Şuşada Media Forumu keçiriləcək.

Gununsesi.info-nun xəbərinə görə, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə beynəlxalq nümayəndələrin də iştirakı gözlənilir.

HTML tutorial

Bildirilir ki, xüsusilə qardaş Türkiyədən jurnalistlərdən və rəsmilərdən ibarət geniş tərkibli nümayəndə heyəti foruma qatılacaq.

Tədbirin proqramı və iştirakçıları haqqında Medianın İnkişafı Agentliyi tərəfindən yaxın günlərdə məlumat paylaşılması gözlənilir.

Gununsesi.info