Şuşada minaya düşənlərin kimliyi bilindi - DİN-dən açıqlama

  • By admin
  • 09 Dekabr 2021 15:17

Xəbər verdiyimiz kimi, bu gün Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşüb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan sayta verilən məlumata görə, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları – İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

HTML tutorial

Gununsesi.info