Şuşada təməli qoyulan məktəbin tikintisi gələn ilin dekabrında bitəcək -Emin Əmrullayev

  • By admin
  • 06 Dekabr 2021 15:29

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şuşada inşa olunan 1 nömrəli məktəbin tikintisi davam edir.

Gununsesi.info  xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, məktəbin tikintisi 2022-ci ilin dekabr ayında bitəcək.

Nazir xatırladıb ki, məktəb 960 nəfərlik tutuma malik olacaq.

Qeyd edək ki, həmin məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin Ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

Gununsesi.info