Şuşadakı tarix-mədəniyyət abidələrindən son görüntülər

  • By admin
  • 02 May 2021 17:02

28 illik işğaldan sonra şanlı Azərbaycan ordusunun azad etdiyi Şuşada genişmiqyaslı bərpa-abadlıq işləri gedir.

 

Gununsesi.info  xəbər verir ki, əslində bərpa işləri hələ ötən ilin sonlarından başlayıb, qısa müddətdə Şuşanın elektrik təchizatı bərpa edilib, yeni yarımstansiya tikilib, düşmənin işğal illərində dağıtdığı binaların qalıqları təmizlənib, bəzi yararsız binalar sökülüb.

 

Habelə bərpa işləri Şuşanın tarix-mədəniyyət obyektlərini də əhatə edir və sürətlə davam etməkdədir. Bəlli olduğu kimi, düşmən işğal illərində Şuşada azərbaycanlıların izlərini silməyə çalışıb, bir sıra tarix-mədəniyyət abidələri, o cümlədən məscidlər dağıdılıb. Bir neçə il əvvəl isə ermənilər məşhur Gövhərağa məscidinin üslubunu iranlı arxitektorların əli ilə dəyişdirməklə onu “fars məscidi” adı altında restavrasiya etmişdi.

 

İndi isə Azərbaycan hökuməti Prezident İlham Əliyevin göstərişi ilə Şuşanın dağıdılmış abidələrini bərpa edir, o cümlədən müharibə zamanı xəsarət almış “Qazançı” alban kilsəsində də təmir işləri başlayıb. Şuşada aparılan bərpa işlərindən çəkilmiş fotoları təqdim edirik:

Gununsesi.info