Şuşakənddə erməni qərargahı məhv edildi - VİDEO

  • By admin
  • 29 Sentyabr 2020 15:45

Azərbaycan Ordusu düşmənin daha bir qərargahını məhv edib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı görüntüləri Oxu.Az əldə edib.

Kadrlar Azərbaycanın işğal altında olan Xocalı rayonunun inzibati ərazisinə daxil olan Şuşakənddə qeydə alınıb.

Görüntülərdən aydın olur ki, ordumuza məxsus dron-kamikadze düşmənin qərargahını müəyyənləşdirir və dəqiq zərbə ilə onu məhv edir.

 

Gununsesi.info