Şuşaya 10 sm qar yağdı - FOTOLAR

  • By admin
  • 08 Yanvar 2023 10:57

Şuşa şəhərində qar yağmaqda davam edir.

Gununsesi.info Report-a istinadla xəbər verir ki, hazırda şəhər ərazisində qar örtüyünün hündürlüyü təxminən 9-10 sm-ə çatıb.

Qarın yağmağına baxmayaraq, yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb. Aidiyyəti qurum əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədilə tədbirlər görülür.

Gununsesi.info