
Zərdab rayon Çallı kənd sakini Əkbər Əhmədov bu susuzluğa görə özünü yandırıb.
Zərərçəkmişin qardaşı Süleyman Əhmədov ki, qardaşl günləridir ki, onlara məxsus iki hektar taxıl sahəsini suvara bilmir: “İki hektar sahəni sulamaq üçün dəfələrlə gedib su idarəsinin müdirinin yanına, su verməyib. İndi gedib deyib ki, özümə qəsd edəcəm, o da deyib ki, get neynirsən elə. Özünün maşını varıydı, benzini çəkib, elə müdirin qarşısında özünə od vurub”.
Əkbər Əhmədov hazırda rayonun Mərkəzi Xəstəxanasının yanıq şöbəsində yerləşdirilib.
Vəziyyətinin ağır olduğu deyilir.
Şəbnəm
Gununsesi.info