Sutka ərzində 496 mindən çox insan virusa yoluxdu - ÜST

  • By admin
  • 16 Dekabr 2020 06:19

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 496 mindən çox artıb.

Gununsesi.info “TASS”a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

 

Məlumata əsasən, ötən sutka ərzində 496 156 nəfər yeni koronavirusa yoluxub, 8 443 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 71 581 532, ölənlərin isə 1 618 374 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Gununsesi.info