Şüvələnda dənizdə batan şəxsin meyiti tapıldı

İyulun 7-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 1998-ci il təvəllüdlü Mustafayev Adıgözəl Ehtibar oğlunun meyiti tapılıb.

Bu barədə Gununsesi.info -ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, meyit Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info