Süveyş kanalındakı gəmi yenidən yolu bağladı

Süveyş kanalında saya oturmuş “Ever Given” konteyner gəmisi xilas edildikdən sonra yenidən yolu bağlayıb.

Gununsesi.info-nun məlumatına görə, gəmi şiddətli küləyin təsirindən kanalda eninə dayanıb.

HTML tutorial

Bir müddət əvvəl Misir prezidenti Əbdül Fəttah əs-Sisi gəminin xilasetmə işinin uğurla başa çatdığını bildirmişdi.

Eyni zamanda, mütəxəssislər hazırda gəminin saya oturmadığı, sadəcə mövqeyini dəyişdiyini bildirib.

Qeyd edək ki, Tayvanın “Evergreen” şirkətinin “Ever Given” konteyner gəmisi martın 23-də saya oturmuşdu.

400 metr uzunluğunda, 224 min ton çəkisi olan gəminin saya oturması nəticəsundə 300-dən çox gəmi Süveyş kanalında qalıb.

Gununsesi.info