Suya tullanma yarışında 2 idmançımız finala çıxıb

  • By admin
  • 18 May 2017 13:42

trend_suya_tullanma_180517_06

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma yarışına start verilib.

Gununsesi.info xəbər verir ki, kişilər arasında 3 m tramplin yarışında Azərbaycanın iki təmsilçisi – Artyom Danilov və Dmitri Sorokin finala yüksəlib.

Həmçinin finala Müctəba Vəlipur, Sahnam Nəzərpur (hər ikisi İran), Tri Priambodo və Aldiansiah Rafi (hər ikisi İndoneziya) vəsiqə qazanıblar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Gununsesi.info