Şvartsenegger ağır qəza törətdi - FOTOLAR

Amerikanın məşhur aktyoru, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger Los-Ancelesdə qəza törədib.

Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, 74 yaşlı aktyor “GMC Yukon” markalı avtomobiliylə “Toyota Prius”la toqquşub.

HTML tutorial

Məlumata görə, “Terminator” ulduzunun yolsuzluq avtomobili “Priusun” damına çıxıb, daha sonra digər bir avtomobilə çırpılıb.

“Toyota”nın sürücüsü xəstəxanaya çatdırılıb. Şvartsenegger isə xəsarət almayıb.

 

Gununsesi.info