“Bizə yeni qan lazımdır. Mən həmişə deyirəm ki, bizə yeni nəsil liderlər lazımdır”.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bunu 76 yaşlı keçmiş qubernator Arnold Şvartsenegger deyib.
O, qeyd edib ki, insanlar hər iki namizədin yaşlı və “mükəmməl” olmadıqları üçün çox narahatdırlar.
Eyni zamanda o, bildirib ki, həm Demokrat, həm də Respublikaçılar partiyaları hələ yeni simalara şans verməyib.
Qeyd edək ki, 77 yaşlı keçmiş prezident Tramp ABŞ prezidentliyinə namizədliyini irəli sürə biləcək.
80 yaşlı Bayden isə ABŞ tarixinin ən yaşlı prezidenti oldu. Əgər o, yenidən seçilməkdə uğur qazansa, ikinci müddətinin əvvəlində 82 yaşı tamam olacaq.
Tərcümə
Şəbnəm
Gununsesi.info