Şvartsenegger kimə səs verəcəyini açıqladı

  • By Günel
  • 31 Oktyabr 2024 19:38

Məşhur Hollivud ulduzu, Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger ABŞ prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisə səs verəcək.

Gununsesi.info xəbər verir ki, aktyor bu barədə özünün X səhifəsində yazıb.

“Bu həftə Kamala Harris və Tim Foltsa (vitse-prezidentliyə namizəd) səs verəcəyəm”, – Şvartsenegger bildirib.

Aktyor bununla yanaşı bildirib ki, hazırda heç bir partiya onun xoşuna gəlmir:

“Respublikaçılar azad bazarın gözəlliyini unudublar, kəsiri artırıblar, seçkilərin nəticələrini rədd ediblər və demokratlar da kəsiri daha yaxşı idarə edə bilmirlər. Demokratlar Partiyasının daxili siyasəti səbəbindən ABŞ şəhərlərində cinayətlər artır”.

Gununsesi.info