Şvartsenegger Putinə müraciət etdi - VİDEO

  • By admin
  • 18 Mart 2022 10:16

Dünyaca məşhur Hollivud aktyoru və Kaliforniyanın eks-qubernatoru Arnold Şvartsenegger Rusiya xalqına videomüraciət edib.

Gununsesi.info xəbər verir ki, A. Şvartsenegger videomüraciəti “Twitter” səhifəsində yerləşdirib.

Aktyor Rusiya ilə əlaqələrini xatırlayıb, İkinci Dünya Müharibəsində iştirak edən və ömür boyu özünü günahkar hesab edən atasının hekayəsini danışıb. O, “denatsifikasiya”nın niyə yalan və təbliğat olduğunu izah edib və cəsarət toplayıb müharibəyə qarşı etiraz edən rusiyalılara müraciət edib: “Dünya sizin cəsarətinizi görəcək… Sizdə əsl Rusiya ürəyidir”.

 

Daha sonra o, çıxışının sonunda Rusiya Prezidenti Vladimir Putinə səslənib: “Siz bu müharibəni başladınız. Siz bu müharibəni aparırsınız. Siz bu müharibəni dayandıra bilərsiniz”.

 

Gununsesi.info