Şvartseneqqer ürəyindən təcili əməliyyat olundu

  • By admin
  • 30 Mart 2018 21:04

Arnold Şvartseneqqer ürəyindən təcili əməliyyat olunub.

Gununsesi.info xəbər verir ki, 70 yaşlı aktyor Los-Ancelesdə Sedars-Sinay tibbi mərkəzinə yerləşdirilib.

Əməliyyatın bir neçə saat davam etdiyi, hazırda keçmiş qubernatorun vəziyyətinin stabil olduğu deyilir.

Bu, aktyorun ilk əməliyyatı deyil. 1997-ci ildə onun aorta qapağı dəyişdirilib.

Gununsesi.info