![](https://www.gununsesi.info/wp-content/uploads/2023/05/348359349_631168492202192_9011267106310425230_n.jpg)
Son zamanlar Belarus diktatoru Aleksandr Lukaşenkonun səhhəti ilə bağlı müxtəlif ziddiyyətli fikirlər yayılıb.
Onun Rusiya paytaxtı paradda çəkilən görüntülərindən xəstə olduğu hiss olunur.
Son prezident seçkilərində Lukaşenkonun rəqibi olmuş Svetlana Tixanovskaya Gununsesi.info-ya özəl açıqlamasında bu barədə danışıb:
“Lukaşenko Moskvada paradda olanda çox xəstə görünürdü. Sonra bir neçə həftə ictimaiyyətin gözündən yoxa çıxdı. Bu yaxınlarda o yenə də göründü və özünü öz dairəsinə göstərdi ki, o, iş başındadır və hər şeyə nəzarət edir. Lakin yenə də yoxa çıxdı. Düşünürəm ki, o xəstədir və ən yaxşı həkimlər onu müalicə edirlər. Bu bizə ümid və imkan verdi ki, vətəndaş cəmiyyətinə və beynəlxalq tərəfdaşlarımıza göstərək ki, onun sonuna az qalıb və hətta tez gedə bilər və biz buna hazır olmalıyıq.”
Pərviz Həşimli
İslandiya/REYKYAVİK
Gununsesi.info