Syerra-Leone prezidenti Julius Maada Bio paytaxt Fritaundakı kazarma arsenalına edilən hücumdan sonra ölkədə komendant saatı elan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə hökumətin saytında dərc edilmiş prezidentin xalqa müraciətində bildirilib.
Hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, Fritaundakı hərbi kazarmaya naməlum şəxslər hücum edib. Hücumun qarşısı alınıb və hazırda təhlükəsizlik qüvvələri silahlı şəxsləri axtarır.
Nəticədə ölkə daxilində komendant saatı elan edilib və vətəndaşlara evlərini tərk etməmək tövsiyə olunub.
Gununsesi.info