
“Təhsildə ən əhəmiyyətli dövr erkən dövrdür. Ən aşağı yaşlarda uşaqlarla məşğul olan şəxslər dünyanın qabaqcıl ölkələrində ən yüksək təhsil görmüş şəxslərdir. Bir çox inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada bu qruplara dərs deyən müəllimlərin ən azı magistr təhsili olmalıdır”.
Gununsesi.info xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.
“Bizdə isə bağçalarda təhsilverənlərin, demək olar ki, yarısı bu sahədə təhsili olmayanlardır. Hansı rayonda ibtidai sinif müəllimlərinin bilik səviyyəsi ilə bağlı problem varsa, orada uşaqların da bilik səviyyəsi aşağıdır. Artıq ölkədə bütün ibtidai sinif müəllimlərini sertifikasiyadan keçirmişik. Müəllimlərin bir hissəsinin nəticəsi çox yaxşıdır. Lakin təəssüf ki, kafi nəticə göstərənlər daha çoxdur”, – nazir əlavə edib.
Gununsesi.info