Təbiətin yaşıla boyadığı qeyri-adi kənd – FOTOLAR

  • By admin
  • 06 Aprel 2017 11:38

17814078_1818410288482547_435105751_n

Çinin Şengsi kəndi 400 adadan ibarət Gouqi adası üzərində yerləşir.

Gununsesi.info xarici mətbuata istinadən məlumat verir ki, bu balıqçı kəndini fərqli edən cəhət isə illər öncə sakinləri tərəfindən tərk edilməsi nəticəsində tamamən yaşıllığa qərq olmasıdır. Fotoqraf Qingin çəkdiyi görüntülər sayəsində məşhurlaşan kənd zamanla insanlar tərəfindən tez-tez ziyarət edilməyə başlayıb.

Tərk edilən bu kənddəki evlər boş qaldığından tamamən sarmaşıqlarla örtülüb. Nəticədə ortaya gözəl təbiət mənzərələri çıxıb. Həmçinin, yolların ortalarla əhatə olunması turistlərə nağıllarda təsvir olunan kəndləri xatırladır.

Bitkilər qədim daş divarlara dırmanaraq pəncərlərə qədər uzanır. Təbiətin möcüzəsi hesab olunan bu kənd günü-gündən yaşıla bürünməkdədir.

Kəndin nə vaxt tərk edilməsi haqqında heç bir məlumat yoxdur. İnsanların təbiətin gücünü ruhunda hiss edəcəyi bu əraziyə turlar təşkil olunur.

17821073_1818410268482549_1548014706_n 17813904_1818410251815884_1877112947_n 17807076_1818410171815892_111227828_n 17806854_1818410278482548_222186275_n 17793313_1818410308482545_1249753752_n 17760625_1818410225149220_967229364_n 17760610_1818410275149215_1156086233_n 17760565_1818410245149218_832124251_n

Gununsesi.info