TƏBİB-dən Əmrah Fəqanoğlunun telefonunun itməsi ilə bağlı AÇIQLAMA

Koronavirusdan vəfat edən tanınmış jurnalist Əmrah Fəqanoğluya məxsus telefonun itdiyi barədə məlumat yayılıb.

Jurnalistin ailəsi iddia edir ki, onun telefonu müalicə aldığı “Yeni Klinika”da oğurlanıb və ya itib.

Həmçinin, iddiada qeyd edilib ki, klinikadan bununla bağlı ailəyə heç bir məlumat verilmir.

Məsələ barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq.

Gununsesi.info xəbər verir ki, TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, xəstəxanaya girişdə xəstələrin şəxsi əşyaları siyahıya alınır:

“Klinikadan həmin siyahıda mərhumun şəxsi əşyaları arasında telefon olmadığı deyilib. Daha sonradan pasiyentə ailəsi tərəfindən hər hansı şəxsi əşyaları gətirilə bilərdi və hansısa personal tərəfindən içəri keçirilə bilərdi. Bununla bağlı da klinika araşdırma aparır”.

Gununsesi.info