TƏBİB-dən Bəhram Bağırzadə ilə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət

  • By admin
  • 16 İyun 2020 16:46

TƏBİB Bəhram Bağırzadə ilə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib. 

Gununsesi.org xəbər verir ki, TƏBİB-dən APA-ya verilən xəbərə görə, son günlər sosial şəbəkələrdə guya Əməkdar artist Bəhram Bağırzadənin pandemiya xəstəxanasında çəkilmiş videosu yayılıb: “Sözügedən videomaterialda hazırda “Yeni Klinika” tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaşın görüntüləri yer alıb. B.Bağırzadə ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir”.

Qeyd edək ki, əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasında koronavirus infeksiyasından müalicə alır.

 

 

Gununsesi.org