
TƏBİB jurnalist Aygün Əliyevanın səhhəti ilə bağlı məlumat yayıb.
Qurumdan bildirilib ki, Aygün Əliyeva tarixində saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
İlkin tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.
Qeyd edək ki, Aygün Əliyevanın intihar məqsədilə xeyli həb qəbul etdiyi barədə məlumatlar yayılıb.
Qeyd edək ki, jurnalist Azərtac-ın keçmiş əməkdaşı olan Aygün Əliyeva məhkəmə ədalətsizliyinə etiraz olaraq intihara əl atıb