TƏBİB-dən müəssisələrin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA

“Biz yumşaldılmaya və açılışa doğru getmək istəyirik. Bu, mərhələli şəkildə olmalıdır”.

Gununsesi.info-nun məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, insanların sosial ehtiyacları nəzərə alınaraq, müəssisələrin açılmasına icazə verilir:

“Bərbərlərin və gözəllik salonlarının açılması daha böyük zərurət idi, nəinki zinət əşyalarının satış yerləri. Gələcəkdə bu mağazaların açılması müzakirə edilə bilər”.

Gununsesi.info