TƏBİB-dən Səbuhi Məmmədlinin narazılığına reaksiya

  • By admin
  • 12 İyul 2023 18:19

TƏBİB ayağı amputasiya olunan tanınmış jurnalist Səbuhi Məmmədlinin əllik ala bilməməsinə dair narazılığına reaksiya verib.

Gununsesi.info qurumdan verikən açıqlamanı təqdim edir:

 

Tanınmış jurnalist Səbuhi Məmmədov uzun müddətdir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkir. 15 nömrəli Şəhər Poliklinikasında dispanser qeydiyyatındadır.

 

Qeyd edək ki, Səbuhi Məmmədov dövlət proqramı ilə Respublika Klinik Xəstəxanasında həftədə 3 dəfə olmaqla dializ olunur.

 

29.09.2022-ci il tarixində M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində sağ baldırın yuxarı 1/3-də amputasiya aparılıb. Əməliyyatdan uzun müddət sonra – 11.05.2023-cü il tarixində poliklinikaya müraciət edib.

 

Əlilliyin qiymətləndirilməsi üçün tələb olunan bütün zəruri sənədlər 25.05.2023-cü il tarixində hazırlanıb və 10 nömrəli Şəhər Poliklinikasına müvafiq göndəriş verilib.

 

Əlilliyin təyin olunması məqsədi ilə ona “Forma-88” tərtib edilib və Tibbi-Sosial Ekspertiza Komissiyasının alt sisteminə göndərilib.

 

Xatırladaq ki, tanınmış jurnalist Səbuhi Məmmədovun səhhəti istər TƏBİB rəhbərliyinin, istərsə də indiyədək müalicə aldığı tibb müəssisələrinin administrativ və tibbi heyətinin diqqətində olub.

 

S.Məmmədov müxtəlif vaxtlarda Respublika Klinik Xəstəxanasında, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müayinələrdən keçib və zəruri müalicə prosedurları alıb.

 

Təəssüf ki, onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb.

 

Gununsesi.info