TƏBİB: Onlayn alış-verişə üstünlük verin - FOTO

  • By admin
  • 05 İyun 2020 11:31

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) alış-veriş zamanı COVID-19 infeksiyasından qorunma yolları haqqında məlumat yayıb.

Gununsesi.org xəbər verir ki, məlumatda onlayn alış-verişə üstünlük verməyin zəruiliyi qeyd olunub:

– Mümkündürsə, onlayn alış-verişə üstünlük verin.

-Alış-verişə ailənizdən bir nəfər göndərin.

-Pik saatlarda mağazaya getməkdən çəkinin və yaşadığınız yerə yaxın mağazaya getməyə çalışın. Xəstəsinizsə, mağazaya getməyin.

-Mağaza daxilində asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu salfetlə örtün və ya dirsək bükümünüzdən istifadə edin.

-Maska taxın və heç bir halda çıxarmayın, əlinizlə üzünüzə toxunmayın.

-Digərləri ilə fiziki məsafə saxlayın.

-Ödəniş etdiyiniz kartı dezinfektantla təmizləyin.

-Ödənişdən sonra spirt tərkibli dezinfektantla əllərinizi təmizləyin.

-Evə qayıtdıqda əllərinizi mütləq su və sabunla yuyun.

 

 

Gununsesi.org