
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov Gəncə Şəhər Birləşmiş Xəstəxanasına baş həkim təyin edib.
Gununsesi.info Publika.az-a istinadən xəbər verir ki, bu vəzifə Anar Məmmədova həvalə edilib.
Qeyd edək ki, A.Məmmədov ixtisasca uroloqdur və bundan əvvəl sözügedən müəssisədə çalışıb.
Gununsesi.info