
Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, onlardan 1 nəfər dünyasını dəyişib, 2 nəfər Kliniki Tibbi Mərkəzə təxliyyə edilir.
Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.
Gununsesi.info