TƏBİB zəlzələyə görə tapşırıqlar verdi

Bu gün yerli vaxtla saat 08:16-da Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində baş verən zəlzələ ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları gücləndirilmiş iş rejiminə keçirilib.

 

TƏBİB-dən Gununsesi.info-ya verilən məlumata görə, zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb.

 

Bildirilir ki, eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq, TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

Gununsesi.info