Təbii daşların heç yerdə rast gəlməyəcəyiniz MÖCÜZƏVİ FAYDALARI

  • By admin
  • 01 Yanvar 2021 14:48

Evizində pozitiv enerji yaratmaq və daha rahat ab-hava qurmaq istəyirsinizsə, otaqlarınızı dekorasiya edərkən dəyərli daşlardan istifadə edə bilərsiniz.

Gununsesi.info evinizin pozitiv enerjisini artıracaq daşlarla sizi tanış edir.

Ametist daşı

Lavanda və bənövşəyi rənglərdə olan ametist daşı evdəki neqativ enerjini təmizləyir. Ailə üzvləri üzərində pozitiv təsiri var. Narahatlıq və yorğunluğu özünə çəkir.

Mərcan daşı

Eşqin simvolu olan mərcan daşı ilə düşüncələrinizə pozitivlik qata bilərsiniz. Diqqətin cəmlənməsini gücləndirir və nəzəri götürür. Bəzi dəri xəstəliklərində effektivdir.

Əqiq daşı

Üzərinizdəki mənfi enerjini atır və evin enerjisini yüksəldir. İnsanı cəsarətləndirir. Uğurun simvolu olan əqiq daşı tənbəlliyi aradan qaldırır və canlanmaq effekti verir.

Kvars daşı

Çəhrayı və duman olmaqla iki rəngdə rast gəlinir. Rənglərinə görə fərqli xüsusiyyətlərə sahibdir. Çəhrayısı sülh, gözəllik və eşqi təmsil edir. Bənövşəyi-göy isə ürək və boğaz ağrılarına müsbət təsir edir.

Nefrit daşı

Uğur və bərəkət rəmzi olan bu daş qədim zamanlardan bəri aksessuar kimi istifadə edilir. Cəsarət, eşq və sülh məfumlarını özündə birləşdirir. Ürək, böyrək, sinir sistemi və immun sisteminə müsbət təsir edir.

Kəhrəba

Qətranın daşlaşması ilə əmələ gələn kəhrəba xəfif və yumşaq quruluşa malikdir. İstilənəndə elektrik və maqnetik hala gəlir. Şəfa niyyəti ilə istifadə olunan kəhrəba soyuqdəymə, tiroid və badamcıq vəzləri kimi narahatlıqlarda müsbət təsirə malikdir.

Gununsesi.info