Təbii fəlakət 136 nəfərin həyatına son qoydu

  • By admin
  • 19 Fevral 2022 10:24

Braziliyanın Petropolis bələdiyyəsində (Rio de Janeyro ştatı) güclü yağışlar nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələri 136 nəfərin ölümünə səbəb olub.

Gununsesi.info-nun məlumatına görə, bu barədə xilasetmə xidmətlərinə istinadən “Globo” telekanalı xəbər verib.

Hazırkı dövrədək xilasedicilər dağıntılar altından sağ qalan 24 nəfəri çıxara bilib, polisə 216 nəfərin itkin düşməsi barədə məlumat daxil olub, lakin hüquq-mühafizə orqanları onların xilas edilənlər və həlak olanlar arasında olub-olmadığını hələ bilmirlər.

Bildirilir ki, axtarış işlərində 500 xilasedici, 200 polis əməkdaşı, o cümlədən hərbçilər və könüllülər iştirak edir.

Gununsesi.info