“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 9.3.1-ci maddəsinə dəyişiklik edilməsi təklif olunur.
Gununsesi.info xəbər verir ki, təklif edilən dəyişiklik fiziki şəxslərin özləri haqqında fərdi məlumatları təbii inhisar subyektlərindən informasiya sorğusu əsasında əldə etmək imkanlarının genişləndirilməsinə yönəlib.
Hazırkı qanunvericiliyə görə, 9.3.1-ci maddənin mövcud redaksiyası fiziki şəxslərin özləri barədə fərdi məlumatları təbii inhisar subyektlərindən informasiya sorğusu yolu ilə əldə etməsini məhdudlaşdıran hüquqi boşluq yaradır. Bu səbəbdən maddənin mətninə “fiziki şəxslərə özləri barədə fərdi məlumatların” sözlərinin əlavə edilməsi təklif edilir.
Təklif olunan dəyişiklik qəbul ediləcəyi halda, vətəndaşların özləri haqqında məlumatlara çıxış imkanları genişlənəcək və informasiya əldə etmək hüququnun daha effektiv təmin olunmasına xidmət edəcək.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib. Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.
Orxan












