
Keniyanın paytaxtı Nayrobidə təbii qazın partlaması və ardınca baş verən yanğında iki nəfər ölüb, yüzlərlə insan yaralanıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, gecə saatlarında Embakasi rayonunda qaz doldurma qurğusunda güclü partlayış baş verib. Hökumət sözçüsü İsaak Mvaura müəssisə binasının dağıldığını və 2 nəfərin həyatını itirdiyini açıqlayıb.
Ən azı 222 nəfərin yaralandığı açıqlanıb. Keniya Qırmızı Xaç Təşkilatı 300 nəfərin xəstəxanalara gəldiyini bildirib.
Partlayış nəticəsində ətrafdakı bir çox binaya ziyan dəyib. Polis əraziyə giriş-çıxışları bağlayıb, xilasetmə işləri üçün təcili yardım mərkəzi yaradılıb.
Gununsesi.info