Təbii qazın həcmi artırıldı – BAŞ DİREKTOR

  • By admin
  • 21 Mart 2022 18:14

Son günlər ölkə ərazisində soyuq və qarlı hava şəraiti ilə əlaqədar təbii qaz istehlakçılarının qaza olan təlabatının tam ödənilməsi üçün Azəriqaz İB-nin qaz təchizatı şəbəkəsinə qəbul olunan təbii qazın həcmi artırılıb.

Gununsesi.info xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

Onun sözlərinə görə, ötən gün martın 20-də qaz təchizatı şəbəkəsinə 42 milyon kubmetr həcmdə təbii qaz qəbul olunub ki, bunun da 33 milyon kubmetri əhali, 9 milyon kubmetri isə sənaye xətləri üzrədir:

“Müqayisə üçün göstərmək olar ki, ümumi şəbəkə üzrə qəbul 2021-ci ilin 20 mart tarixində qəbul olunan qaz həcmindən 13,5 milyon kubmetr artıqdır. Bu da əhali xətləri üzrə 8,5 milyon kubmetr, sənaye xətləri üzrə 5 milyon kubmetr artım deməkdir”.

Gununsesi.info