Təbii qazın ixracı artıb - ƏHALİYƏ SATILAN QAZ İSƏ AZALIB

  • By admin
  • 13 Sentyabr 2017 16:18

qaz-1

2017-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 11849,7 milyon kub metr təşkil edib.

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ehtiyatların 78,9 faizi hasilatın, 14,5 faizi qalığın, 6,6 faizi isə idxalın hesabına formalaşıb.

Təbii qazın 43,8 faizi istehlak, 37,4 faizi ixrac olunmuş, 4,5 faizi itkiyə getmiş, 14,3 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 67,2 faizi istehsal ehtiyaclarına sərf edilmiş, 32,8 faizi isə əhaliyə satılıb.
2017-ci ilin yanvar-iyun aylarında 4429,8 milyon kub metr və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox təbii qaz ixrac edilib.
Əhali tərəfindən 1702,3 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz az təbii qaz istehlak edilib.

Vüsalə

Gununsesi.info