Təbrizdə Azərbaycanlı fəallara qarşı repressiyalar artıb -VİDEO

Cənubi Azərbaycanın (İranın şimalı) paytaxtında hakimiyyət son günlər yüzə yaxın yerli Azərbaycanlı fəalı həbs edib.

Müxalif teleqram kanallarının yaydığı məlumata görə, bu şəxslər Tehran rejiminə və etnik Azərbaycanlıların hüquqlarının pozulmasına qarşı etiraz aksiyalarında fəal iştirak edən şəxslərdir.

HTML tutorial

Həbs olunanlar arasında milli rəqs qrupunun iştirakçıları Fatimə Məhəmmədi, Milgə Babazadə və Araş İsmayılzadə də var.

Etirazların başlanğıcından etibarən etirazçılarla qarşıdurma zamanı İranın 60-a yaxın hüquq-mühafizə əməkdaşı həlak olub, bu barədə Farda News xəbər saytı məlumat yayıb.

Bu arada, etiraz aksiyaları getdikcə əhalisinin əksəriyyəti etnik Azərbaycanlılar olan daha çox yaşayış məntəqəsini əhatə edir.

Gununsesi.info