

Cənubi Afrikada bir xəstəxanada gecə növbəsində çalışan və dincəlmək üçün otağına gedən qadın həkim xəstə geyimi geyinən bir adam tərəfindən zorakılığa məruz qalıb.
Gununsesi.org xəbər verir ki, gənc həkim onu öpməyə çalışan 32 yaşlı adamın əlindən dilini qopararaq xilas olub. Qanlar içidə xəstəxanadan qaçan adam bir neçə saat sonra başqa bir xəstəxanda yaxalanıb.
Hadisə ilə bağlı açıqlama verən polis qadının otağında yatdığı zaman təcavüzkarın otağına girib ona təcavüz etməyə çalışdığını, ancaq qadının dilini qopardığı üçün qaçığını bildirib.
Qeyd edək ki, təcavüzkarın yaxalandığı xəstəxanda müalicə olunduğu və sağaldıqdan sonra həbs olunacağı bildirilib.
