Təcavüzkar davranışa görə ağır cəza aldı

  • By Admin2
  • 22 Mart 2025 16:19

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, iclasda II Liqanın XVII turunun oyunları ilə bağlı qərarlar qəbul olunub.

“Sheki City” – “Göygöl” oyununun 30-cu dəqiqəsində “Sheki City” komandasının 97 nömrəli futbolçusu Tural Məmmədzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb.

“Sheki City” komandası isə 300 manat cərimə edilib.

Gununsesi.info