Təcavüzkarlardan qaçan 16 yaşlı qız həkimlərdən kömək istədi

Bir neçə gənc tərəfindən zorla saxlanılan və dəfələrlə təcavüzə uğrayan 16 yaşlı qız hazırda Moskva xəstəxanasındadır. Ona hər cür tibbi yardım, həmçinin psixoloji kömək göstərilir.

Gununsesi.org bildirir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, Marianna bir neçə gün öncə itkin düşüb. Bu müddət ərzində Rusiya paytaxtının polisi onun axtarışı ilə məşğul olub.

Qızı isə bir neçə gənc zorla öz mənzillərində saxlayıblar. O, bu müddət ərzində dəfələrlə təcavüzə məruz qalıb. Nəhayət, üç günlük əsarətdən sonra Marianna fürsət taparaq, onu qaçıranların əlindən çıxa bilib.

Yeniyetmə yaxınlıqdakı stomatologiya klinikasına daxil olub, həkimlərdən yardım istəyib.

Dərhal polisə xəbər verilib. Marianna isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işinə başlanılıb.

Gununsesi.org