TƏCİLİ: Ağdam istiqamətində mövqelərimiz atəşə tutuldu

  • By resul
  • 19 Sentyabr 2023 09:09
atəş

Sentyabrın 18-i saat 23:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.