TƏCİLİ: Bəxtiyar Hacıyev tibbi müayinədən də imtina etdi

  • By admin
  • 17 Fevral 2023 17:58

Hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində quru aclıq aksiyası keçirən siyasi fəal Bəxtiyar Hacıyev tibbi müayinədən də imtina edib. 

Gununsesi.info-nun xəbərinə görə, bu gün tanınmış həkim Adil Qeybulla müalicə müəssisəsində Hacıyevə baş çəkib.

HTML tutorial

Lakin Hacıyev onun təzyqinin ölçülməsinə, hər hansı müayinənin aparılmasına icazə verməyib.

Qeyd edək ki, qanunsuz həbsinə etiraz edən siyasi fəal aclığının 40-ci günündə quru aclığa başlayıb.

Vəkilləri Bəxtiyarın ölümlə üz-üzə qaldığını deyərək, onun dərhal azadlığa buraxılmasını tələb edir.

ABŞ və Avropa ölkələri, o cümlədən beynəlxalq insan haqları təşkilatları Azərbaycan hökumətindən Bəxtiyar Hacıyevi azadlığa buraxmağı çağırır.

 

Mətləb Yaqublu

Gununsesi.info