Təcili: Paşinyan sərhəddəki durumdan danışdı

  • By admin
  • 12 Sentyabr 2023 09:06
Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddəki durumdan da danışıb.
Gununsesi.info Azadlıq radiosunun erməni xidmətinə istinadən xəbə verir ki, Paşinyan, durumu gərkin qiymətləndirib. O, deyib ki, sərhəddə vəziyyət gərgindir.
“Azərbaycan Ermənistanla dövlət sərhəddinə, eləcə də Dağlıq Qarabağ ətrafına müəyyən qoşun toplayır” deyən baş nazir əlavə edib ki, bu baxımdan sərhəddə vəziyyəti gərgindir.
Paşinyan bildirib ki, sərhəddəki vəziyyətlə bağlı ilk zənglər Rusiya prezidenti Vladimir Putinə edilib və sərhəddəki durumdan xəbərdar edilib:
“Bu zənglərin məqsədi vəziyyətdən xəbərdar olmayan və ya çox böyük ehtimalkı bəzi nüanslardan xəbərsiz olan tərəflərə məlumat ötürmək idi. Şübhəsiz ki, Rusiya Federasiyasiyasının prezidenti vəziyyət haqda məlumatlandırılıb”.

Paşinyan həm də  Türkiyə prezidenti Receb Tayyib Erdoğanla telefon danışığına da toxunub:

Erdoğanla söhbət məzmunlu və faydalı oldu. Bir sıra qarşılıqlı nüanslar var, onlarla bağlı daimi ünsiyyət, mövqelər və qiymətləndirmələrin olması vacibdir”.

 

Tərcümə:

Afət Abbasova