Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.
Gununsesi.info xəbər verir ki, qondarma “Artsax” “respublikası”nın “prezidenti” Samvel Şahramanyan yaranmış vəziyyətdən irəli gələn tədbirlər haqqında “fərman” imzalayıb. Bu barədə məlumatı erməni teleqram kanalları yayıb.
“Fərman”a əsasən, mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, “Artsax” xalqının fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq, Azərbaycan Respublikasının nümayəndələri ilə razılaşdırılıb ki, “Dağlıq” Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir.
Həmçinin Qarabağ əhalisinə Bakının təklif etdiyi reinteqrasiya şərtlərini nəzərdən keçirmək və qalma imkanları barədə qərar vermək tapşırılıb.