Təcili: Şoyqudan sonra Hulisi Akardan Zakir Həsənova zəng - BUNDAN SONRA DA YANINIZDAYIQ!

  • By admin
  • 16 Noyabr 2021 20:56

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ardınca Türkiyənin Milli Müdafiə naziri ilə Azərbaycan Müdafiə naziri Zakir Həsənova telefon açıb.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya göndərilən məlumatda bildirilir ki, söhbət zamanı sərhəddə baş verənlər müzakirə olunub:

“Noyabrın 16-sı Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akarla Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.
General-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.
Cənab H.Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi bütün zamanlarda Azərbaycanın yanında olacağını deyib”.

 

Gülnar

Gununsesi.info